Ötən il Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri 90 % artıb
2025-ci ildə Cənubi Qafqaz Boru Kəmərinin əməliyyat xərcləri təqribən 71 milyon ABŞ dolları təşkil edib.
Bu barədə "Report" "BP-Azerbaijan" şirkətinin tərəfdaşları adından 2025-ci il üzrə açıqladığı hesabatda qeyd edilib.
Bu, 2024-cü ilin nəticələri ilə müqayisədə 10 milyon ABŞ dolları və ya 12,3 % azdır.
Ötən il boru kəmərinin əsaslı xərcləri 38 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin göstəriciləri ilə müqayisədə 18 milyon ABŞ dolları və ya 90 % çoxdur.
2025-ci ildə CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 63,7 milyon kubmetr olub ki, bu da 2024-cü ilin göstəriciləri ilə müqayisədə 0,9 milyon kubmetr və ya 1,4 % çoxdur.
Qeyd edək ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, CQBKG sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
Xatırladaq ki, CQBK şirkətinin sərmayədarları qismində BP (29,99 %), "LUKoil" (19,99 %), Cənub Qaz Dəhlizi (21,02 %), "LUKoil" (19,99 %), TPAO (19,00 %), NİKO (10,00 %) çıxış edirlər.
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













