İrem Derici: "Hələ də özümə ev almamışam"
Far.Az xəbər saytı

İrem Derici: "Hələ də özümə ev almamışam"


Müğənni İrem Derici indiyə qədər özünə ev ala bilmədiyini açıqlayıb.

Far.Az xəbər verir ki, Türkiyədə ən çox səhnəyə çıxan ilk 20 sənətçi arasında yer aldığını deyən Derici, intensiv iş qrafikinə və yüksək qazancına baxmayaraq, hələ də özünə aid bir ev ala bilmədiyib.

Layihələrdən birinə qonaq olan Derici "Hələ də özümə ev almamışam. İki ay əvvəl bir avtomobil aldım. Lakin param-parçadır. Görməyiniz məsləhət deyil. Lakin artıq özümə nəsə alım deyə aldım" -deyə bildirib.

Müğənni pulunu lazımsız yerlərə xərclədiyini vurğulayıb.

Sənətçi, yaşadığı bu vəziyyəti sərt şəkildə tənqid edərək özünü sorğuladığını da ifadə edib.

Karyerasındakı böyük uğurlara baxmayaraq topladığı vəsaiti ev sahibi olmağa yönəldə bilməməsindən gileylənən məşhurun bu sözləri sosial mediada gündəm olub.

İremin bu açıqlamaları pərəstişkarları və izləyiciləri tərəfindən maraqla qarşılanıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər