Macarıstan Azərbaycanda "yaşıl enerji" sahəsinə maraq göstərir
Macarıstan Azərbaycanın azad edilmiş ərazilərin bərpası və "yaşıl enerji" sahəsində əməkdaşlığa maraqlıdır.
"Far.Az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir Pərviz Şahbazovla Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma arasında keçirilən görüşdə bildirilib.
Görüşdə iki ölkə arasında əlaqələrin inkişafında enerji amilinin mühüm rol oynadığı, Azərbaycanın Macarıstanın enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsi məqsədlərinə töhfə verdiyi qeyd olunub.
Qaz təchizatı, ölkəmizin neft-qaz hasilatı sektorunda "MOL Group" və MVM şirkəti ilə uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib. MVM şirkətinin "Şəfəq" günəş enerjisi layihəsi üzrə birgə müəssisəyə qoşulması tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi kimi qiymətləndirilib.
Söhbət zamanı "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsinin icrası, eləcə də Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 4-cü iclası çərçivəsində fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək













