Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək
Far.Az xəbər saytı

Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək


Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçiriləcək.

"Far.Az" xəbər verir ki, sentyabrın 29-da bulvar ərazisində, AKAF-ın binasının qarşısında təşkil olunacaq turnirin reqlamentinə əsasən, iştirakçılar fərdi və komanda şəklində olmaqla 1 və 2 nəfərlik kayak qayıqlarında 200 metr məsafədə mübarizə aparacaqlar.

Sentyabrın 28-də saat 10:00-dan 15:00-dək komandaların ümumi məşqi keçiriləcək. Bir gün sonra 10:00-da turnirin rəsmi açılış mərasimi başlayacaq. 11:30-dan etibarən isə yarış start götürəcək.

Qaliblər medal, diplom və hədiyyələrlə təltif ediləcəklər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Avarçəkmə üzrə açıq Bakı çempionatı keçiriləcək
Fərid Qayıbov: Avqust ayı Azərbaycan idman tarixinə yeni qələbələr, tarixi uğurlar və rekordlarla yazıldı
Mehriban Əliyevanın doğum günüdür
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər