BBC "Gürcü Arzusu"nun məhkəmə iddiasına cavab verib: Araşdırmamızı dəstəkləyirik
Far.Az xəbər saytı

BBC "Gürcü Arzusu"nun məhkəmə iddiasına cavab verib: Araşdırmamızı dəstəkləyirik


BBC Gürcüstanın hakim partiyası "Gürcü Arzusu" tərəfindən qaldırılan məhkəmə iddiasına münasibət bildirib.

"Report"un Gürcüstan bürosunun məlumatına görə, BBC sözçüsü açıqlamasında qeyd edib ki, televiziya şirkəti sənədli filmdə təqdim olunan jurnalistikanı dəstəkləyir:

"Müəyyən edilmiş şikayət prosesinə uyğun olaraq, şikayətçinin suallarını artıq cavablandırdığımızı təsdiq edə bilərik. Biz BBC Eye-nin "When the Water Burns: The Fight for Georgia" sənədli filmində yer alan jurnalistikanı və Gürcüstan hakimiyyətinin Tbilisidə davam edən etirazlara verdiyi reaksiya ilə bağlı müstəqil, araşdırma reportajımızı dəstəkləyirik", – deyə BBC sözçüsü bildirib.

Şikayət, BBC tərəfindən dərc olunmuş məqalə və sənədli filmə əsaslanır. Həmin məqalədə iddia olunur ki, Gürcüstan hökuməti 2024-cü ildə hökumət əleyhinə etirazları yatırmaq üçün kimyəvi maddələrdən istifadə edib. BBC-nin məlumatına görə, etirazçılar gözlərin yanması, nəfəs darlığı, öskürək və qusma kimi simptomlardan şikayət ediblər.

"Gürcü Arzusu" partiyası yanvarın 15-də brifinqdə media nümayəndələrinə şikayət ərizəsini nümayiş etdirmişdi.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər