Fevralda 20 dərəcə isti - Bahar havası neçə gün davam edəcək?
Azərbaycanda yaxın 3 gün ərzində hava şəraitində mühüm dəyişiklik proqnozlaşdırılmır.
Far.Az xəbər verir ki, bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirilib.
O bildirib ki, fevralın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək: "Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Fevralın 14-ü axşam isə şimal-qərb küləyi ilə əvəz olunacaq. Fevralın 16-da yenidən cənub-qərb küləyi güclənəcək. Havanın maksimal temperaturu 15-20 dərəcə isti olacaq".
Gülşad Məmmədova deyib ki, bölgələrdə də yaxın günlərdə hava əsasən yağmursuz keçəcək: "Lakin fevralın 14-ü və 15-i gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntı olacağı, qar yağacağı ehtimalı var. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın maksimal temperaturu Mərkəzi Aran rayonlarında 15-20 dərəcə, dağlıq ərazilərdə 10-15 dərəcə isti olacaq".
Oxşar xəbərlər
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Fevralda havanın temperaturu iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ
Mart ayına olan hava proqnozu AÇIQLANDI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













