Hindistanda Nipah virusundan ikinci ölüm qeydə alındı
Far.Az xəbər saytı

Hindistanda Nipah virusundan ikinci ölüm qeydə alındı


Hindistanda Nipah virusuna yoluxma nəticəsində ikinci ölüm halı qeydə alınıb. Məlumata görə, xəstəxanada "ilk pasiyentə" qulluq edən 25 yaşlı tibb bacısı həyatını itirib.

Far.Az xəbər verir ki, bildirilir ki, tibb bacısı yanvar ayında xəstəxanada müalicə alan yoluxmuş pasiyentdən virusa yoluxub. O, təxminən bir ay komada qalıb və vəziyyəti kritik olub. Test nəticəsi sonradan mənfi göstərsə də, onda ağır ağciyər infeksiyası inkişaf edib və süni tənəffüs aparatına qoşulub.

Məlumata əsasən, qadın virusun yaratdığı ağırlaşmalar səbəbindən dünyasını dəyişib. Onun immun sisteminin zəiflədiyi və ürək dayanmasının baş verdiyi bildirilir.

Qeyd edək ki, Nipah virusu insanlara heyvanlardan, xüsusilə yarasalar və donuzlardan keçə bilir. Virus tənəffüs sistemini zədələyir, ensefalitə səbəb olur və vaxtında müdaxilə olunmadıqda halların təxminən 75 faizində ölümlə nəticələnə bilər.

Yanvar ayında virusun yayılması Hindistanın Kəlküttə şəhəri yaxınlığında qeydə alınıb. Hazırda beş nəfərin yoluxduğu, yüzə yaxın şəxsin isə karantinə alındığı bildirilir. Xəstəliyin müalicəsi üçün təsdiqlənmiş dərman və ya peyvənd mövcud deyil.

Oxşar xəbərlər

Virusa yoluxan 97 yaşlı aktyor süni tənəffüs aparatına qoşuldu
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
"Global Media Group" "Xəzəri qoruyaq" ekoloji aksiyasına qoşulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər