Zədəsi sağalan "Real"ın müdafiəçisi əsas heyətə qayıdır
Far.Az xəbər saytı

Zədəsi sağalan "Real"ın müdafiəçisi əsas heyətə qayıdır


İspaniyanın "Real" klubunun müdafiəçisi Antonio Rüdiger zədədən sonra əsas heyətə qayıtmağa hazırlaşır.

"Far.Az" "Diario AS" nəşrinə istinadən xəbər verir ki, alman futbolçunun "Real Sosyedad"a qarşı keçiriləcək qarşıdakı matçda meydana çıxacağı gözlənilir.

Rüdiger Çempionlar Liqasının pley-off mərhələsində Portuqaliyada "Benfika"ya qarşı səfər oyununa da hazır olacaq.

Onun qayıdışı start heyətində yer alan Din Heysen üçün ciddi rəqabət yaradır. Mənbənin yazdığına görə, əgər Rüdiger növbəti həftə əsas heyətdə oynamağa tam hazır olarsa, böyük ehtimalla Heysen ehtiyatda qalacaq.

Qeyd edək ki, Xabi Alonsonun rəhbərliyi altında mövsümə yaxşı başlayan Madrid təmsilçisi oktyabrdan sonra baş verən zədələr səbəbindən sabit çıxışda çətinlik çəkib.

Oxşar xəbərlər

Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər