Almaniya klubu Bundesliqadakı rekordunu təkrarlayıb
Almaniyanın "Borussiya" (Dortmund) klubu Bundesliqadakı rekordunu təkrarlayıb.
"Far.Az" xarici KİV-ə istinadən xəbər verir ki, Dortmund təmsilçisi bunu XXIII turun açılış matçında öz meydanında "Mayns 05"i 4:0 hesabı ilə məğlub etdiyi matçda reallaşdırıb.
Bu qarşılaşmada 4 qol vuran komanda ardıcıl 15-ci çempionat oyununda fərqlənməyi bacarıb. Bununla da "Borussiya" turnirdəki rekordunu təkrarlayıb.
Daha əvvəl ardıcıl 15 matçda qol vurmaq rekorduna iki dəfə imza atılıb. 1980-ci ildə "Hamburq" bunu reallaşdırıbsa, 2013-cü ildə "Borussiya" Yurgen Kloppun rəhbərliyi altında oxşar nəticəni göstərib.
Qeyd edək ki, "Borussiya" hazırda 51 xalla turnir cədvəlinin ikinci pilləsində yer alıb. "Arılar" lider "Bavariya"dan 3 xal geridədirlər.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakı şəhərinin sevilən Qış nağılı yenidən Fəvvarələr meydanında!
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
Şəhidlərin xatirəsinə həsr olunan cüdo üzrə açıq çempionat keçirilib
Nyu-Yorkun "Times" meydanında Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













