“Qaçqınkom”un sədr müavini: Bu gün “Böyük Qayıdış” layihəsinin sevincini yaşamaq cəbrayıllılara da nəsib olub
Far.Az xəbər saytı

“Qaçqınkom”un sədr müavini: Bu gün “Böyük Qayıdış” layihəsinin sevincini yaşamaq cəbrayıllılara da nəsib olub


Bu gün “Böyük Qayıdış” layihəsinin sevincini yaşamaq Cəbrayıl sakinlərinə nəsib olub. Tezliklə bütün keçmiş məcburi köçkünlərimizə bu layihənin, proqramın sevincini yaşamağı arzulayırıq.

“Report” xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Fuad Hüseynov deyib.

O bildirib ki, ilk köç də məhz Cəbrayıl rayonuna edilib:

“Bildiyiniz kimi, ilk köç də Cəbrayılın Cocuq Mərcanlı kəndinə həyata keçirilib. 2016-cı ildə aprel döyüşlərindən sonra Lələtəpə yüksəkliyi ordumuzun nəzarətinə keçdikdən sonra ölkə başçısının müvafiq sərəncamı ilə ilk inşa olunan kənd Cəbrayılın Cocuq Mərcanlı kəndi oldu və oraya ilk köç həyata keçirildi. Bu gün isə daha 36 ailə (117 nəfər) Cəbrayıl şəhərinin özünə köçürülür.

Bizə, eləcə də keçmiş məcburi köçkünlərimizə bu günləri yaşatdığı üçün müzəffər Ali Baş Komandanımıza, şəhidlərimizə və qazilərimizə borcluyuq”.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Keçmiş məcburi köçkün: "Cəbrayıla köçəcəyimiz deyildiyi gündən gözümüzə yuxu getmir"
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Mehriban Əliyevanın doğum günüdür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər