Xeyriyyəçi şəxsin villası külə döndü: Ağstafadakı yanğının TƏFƏRRÜATI - VİDEO
Ağstafa rayonunda fərdi yaşayış evində güclü yanğın baş verib. Hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.
Bu barədə Baku TV-nin videomaterialında bildirilir.
Belə ki, kənd sakini Mahir Kərim oğlu Xanəhmədova məxsus üçmərtəbəli villa axşam saatlarında qəfil alovlanıb.
Hadisəni görən qonşular dərhal Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə məlumat veriblər.
Ümumi sahəsi 500 kvadratmetr olan yaşayış evində yanğın qısa müddətdə şiddətləndiyi üçün əraziyə Ağstafa ilə yanaşı, qonşu Qazax və Tovuz rayonlarından da yanğınsöndürən briqadalar cəlb olunub. Sakinlərin sözlərinə görə, ev sahibi uzun müddətdir Rusiyada yaşadığından hadisə zamanı evdə kimsə olmayıb.
Kənd sakinləri yanan mülkün sahibi haqqında müsbət fikirlər səsləndirərək, onun xeyriyyəçi olduğunu bildiriblər:
"Bu ev kəndin girişində bir gözəllik idi. Sahibi Mahir çox yaxşı adamdır, xəstəyə, darda qalana kömək edən biridir. Təəssüf ki, mülkü tamamilə yararsız hala düşdü".
Mütəxəssislərin ilkin ehtimallarına görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Hadisə nəticəsində xəsarət alan olmasa da, evə ciddi maddi ziyan dəyib.
Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Dərnəgüldə yanan obyektin malları daşınır
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb













