Rimas Kurtinaytis: "Litva millisi hazırda "qara zolaq"dadır"
Far.Az xəbər saytı

Rimas Kurtinaytis: "Litva millisi hazırda "qara zolaq"dadır"


UEFA Millətlər Liqasının D Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer alan Litva yığması hazırda "qara zolaq"dadır.

Bunu "Far.Az"a açıqlamasında "Sabah" basketbol klubunun litvalı baş məşqçisi Rimas Kurtinaytis deyib.

Olimpiya çempionu ölkəsinin milli komandasının hazırkı durumu və Azərbaycan yığması ilə gözlənilən oyunlar barədə fikirlərini bölüşüb. Litvanın basketbol millisinə də rəhbərlik edən mütəxəssis ölkəsinin futbol komandasının "qara zolaq"da olduğunu vurğulayıb:

"Futbolu sevirəm, Litva millisinin oyunlarını həmişə izləyirəm. Komanda hazırda "qara zolaq"dadır, uzunmüddətli qələbəsizlik seriyası oldu və daha çox heç-heçə etdilər. "Sabah" klubu və Litva basketbol millisinin oyunları olmasa, Azərbaycan və Litva arasında hər iki görüşü stadiondan izləməyə çalışacağam".

Şanslar barədə danışmağın çətin olduğunu vurğulayan R.Kurtinaytis 2004-cü ildə Bakıda izlədiyi Azərbaycan - İngiltərə oyununu da xatırlayıb:

"Qarşılaşmadan öncə hər iki komandanın şansları bərabər olur. 2004-cü ildə Azərbaycan - İngiltərə oyununu tribunadan izləmişdim, komandanız çox yaxşı mübarizə aparmışdı. Azərbaycan millisinin son matçlarını izləmədiyim üçün hazırkı vəziyyəti ilə bağlı dəqiq fikir bildirə bilmərəm".

Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteynlə mübarizə aparacaq. Komanda ilk görüşünü sentyabrın 27-də səfərdə Litva millisinə qarşı keçirəcək. Oktyabrın 4-də isə komandalar Bakıda münasibətləri aydınlaşdıracaqlar.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Bakıda təşkil olunan Millətlər Liqasının mükafatlandırma mərasimi keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər