Azərbaycan Böyük Britaniyadan mal ətinin idxalını bərpa edib
Far.Az xəbər saytı

Azərbaycan Böyük Britaniyadan mal ətinin idxalını bərpa edib


Ötən il Azərbaycan 55,9 milyon ABŞ dolları dəyərində 13 min 151 ton iribuynuzlu heyvan əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 9 % çoxdur.

Hesabat dövründə Azərbaycan Ukraynadan 32,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5 % az) 6 min 917 ton (-3 %), Braziliyadan 11,7 milyon ABŞ dolları dəyərində (+44 %) 3 min 466 ton (+33 %), Belarusdan 6,1 milyon ABŞ dolları dəyərində (+26 %) 1 min 331 ton (+9 %), Hindistandan 4,3 milyon ABŞ dolları dəyərində (+91 %) 1 min 279 ton (+79 %), Rusiyadan 594 min ABŞ dolları dəyərində (-51 %) 83 ton (-52 %) məhsul alıb.

Azərbaycan 7 il 11 aylıq fasilənin ardından Böyük Britaniyadan (27,1 min ABŞ dolları dəyərində 0,9 ton) tədarükü bərpa edib.

2024-cü ildə Azərbaycana idxal edilmiş 12 min ton mal ətinin 59 %-i Ukraynanın payına düşüb.

Oxşar xəbərlər

"Ramin Nur" şadlıq sarayında dana əti yerinə camış əti verilirmiş
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər