Məcnun Məmmədov Ucarda vətəndaşları qəbul edəcək
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ucarda vətəndaş qəbulu keçirəcək.
"Report" nazirliyə istinadən xəbər verir ki, M. Məmmədov fevralın 20-də saat 09:00-da Ucar Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Ucar, Ağdaş, Göyçay, Kürdəmir, Yevlax, Mingəçevir və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı bu rayonlardan olan vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən bu rayonların sakinləri Ucar DAİM-ə (050-274-24-40) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar. Qəbula gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Məcnun Məmmədov Goranboyda vətəndaşları qəbul edəcək
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məsim Məmmədov: "Laçın rayonundan olan 980 ailə doğma torpaqlarına qayıdıb"
-
Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
-
Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
-
Bakıda III Milli Rəqabət Forumu keçirilir
-
Marta Kos: Albaniya islahat tempini qorusa, 2030-cu ilədək Aİ-yə qoşula bilər
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - YENİLƏNİB-6













