Azərbaycan millisinin serbiyalı baş məşqçisi: "Məqsəd Çempionlar Kubokundakı hər oyunda qələbə qazanmaqdır"
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin məqsədi ilk dəfə qatılacağı FIBA Çempionlar Kubokunda keçirəcəyi bütün oyunlarda qələbə qazanmaqdır.
Bu barədə "Far.Az"a komandanın baş məşqçisi Ratomir Deliç açıqlama verib.
Serbiyalı mütəxəssis ikinci dəfə təşkil olunan yarışa ilk dəfə qatılacaqlarını xatırladıb:
"Çempionlar Kuboku kimi elit yarışın bir hissəsi olmaq həqiqətən xoşdur. Məqsədimiz bütün matçlarda qələbə qazanmaqdır. Hər oyunda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Bir daha vurğulayıram, bu, elit turnirdir. Dünyanın ən yaxşı komandaları burada mübarizə aparacaqlar. Ona görə də işimiz asan olmayacaq".
Qeyd edək ki, Azərbaycan yığması ikinci dəfə təşkil olunacaq turnirdə Avropa Kuboku 2025-in finalçısı kimi iştirak hüququ qazanıb. Martın 13-dən 15-dək baş tutacaq yarışda milli B qrupunda İspaniya, Kanada və Tayland yığmaları ilə üz-üzə gələcək. Turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.
Oxşar xəbərlər
Azərbaycanın 3x3 basketbol millisi ilk dəfə FIBA Çempionlar Kubokuna qatılacaq
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İftar vaxtı - 17 mart 2026: Ramazanın 27-ci günü
-
Məzuniyyətə çıxmaq istəyənlərin NƏZƏRİNƏ - Əməkhaqqı belə hesablanır
-
İlber Ortaylı ilə vida mərasimi keçirilir
-
"Oskar" mükafatının qalibləri açıqlandı
-
Petr Binhak: "Çexiya Azərbaycanın yaşıl enerji dəhlizlərində maraqlıdır"
-
İsraildə son 24 saat ərzində 142 nəfər xəstəxanaya yerləşdirilib













