"Survivor 2025" qalibi Adem Kılıçcı SAXLANILDI
Far.Az xəbər saytı

"Survivor 2025" qalibi Adem Kılıçcı SAXLANILDI


Türkiyədə məşhurlara qarşı aparılan narkotik əməliyyatları zamanı Kaan Tangöze, Murat Dalkılıç, İsmail Hacıoğlu kimi tanınmışlar saxlanılıblar.

Far.Az xəbər verir ki, saxlanılan məşhurlar arasında "Survivor" qalibi Adem Kılıçcı da var.

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı zamanı saxlanılanlar "İstifadə məqsədilə narkotik və ya psixotrop maddə satın alma", "Qəbul etmə və ya saxlama, yaxud narkotik və ya psixotrop maddə istifadə etmə", "Fahişəliyə təşviq və vasitəçilik etmə" və "Narkotik və ya psixotrop maddə istifadəsini asanlaşdırma" maddələri üzrə ittiham edilirlər.

Saxlanılanların tam siyahısı isə belədir: müğənnilər Murat Dalkılıç, Kaan Tangöze, aktyor İsmail Hacıoğlu, boksçu Adem Kılıçcı, Furkan Koçan, iş adamı və "Terzi" adlı məkanın sahibi Hakan Tunçelli, Murat Cevahiroğlu, Barış Talay, Hakan Kakız, Kemal Doğulu, Murat Öztürk, Alihan Taşkın, Tolga Sezgin, Ramazan Bayar, Aygün Aydın, Buse Görkem Narcı...

Oxşar xəbərlər

İş adamı, mayor, həkim, mühəndislə UĞURLU AİLƏ HƏYATI QURAN MƏŞHURLAR
Türkiyədə məşhurlara qarşı istintaq davam edir - Yusuf Güney saxlanıldı
2025-ci ildə vəfat edən AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
5 gün əvvəl "Survivor"ı tərk etmişdi - Narkotik əməliyatlarına görə saxlanıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər