Azərbaycan neftinin qiyməti 69 dollardan aşağı düşüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,44 ABŞ dolları və ya 2,05 % azalaraq 68,92 ABŞ dolları təşkil edib.
Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin aprel fyuçerslərinin qiyməti 69,74 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,49 ABŞ dolları və ya 2,2 % azalaraq 66,28 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
Azərbaycan neftinin qiyməti 66 dollara yaxınlaşır
Azərbaycan nefti 2 %-dən çox ucuzlaşıb
Azərbaycan neftinin qiyməti 64 dolları keçib
Azərbaycan nefti 4 %-dən çox bahalaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Premyer Liqasının X turunda bu gün növbəti matçlar keçiriləcək
-
Türkiyə Feridun Sinirlioğlunun BMT-nin baş katibi vəzifəsinə namizədliyini irəli sürüb
-
Bolqarıstandan İstanbula turist aparan avtobus TIR-a çırpılıb, 10 nəfər yaralanıb
-
"The Hill": Şimali Koreya hakerləri "Binance"a hücumun arxasında dayana bilər
-
Lavrov: Rusiya ilə ABŞ arasında problemlər həmişə olub və həmişə də olacaq
-
Qubadlıda ilk su elektrik stansiyası tikilir













