Qubadlı əməliyyatının az bilinən detalları: Xanlıqda nə baş verib?
Baku TV-nin "Qarabağ xronikası"nın budəfəki buraxılışında Hərtiz dağının Qubadlı uğrunda döyüşlərdə hərbi-strateji əhəmiyyətindən və şəhərin işğaldan azad edilməsindəki rolundan bəhs olunub.
BAKU.WS xəbər verir ki, materialda bildirilir ki, 1993-cü ilin avqustunda işğal edilən Qubadlı 27 illik işğal dövründə Ermənistan Silahlı Qüvvələrinin mühüm müdafiə nöqtələrindən birinə çevrilib. Şəhərin girişində hərbi baza yaradılıb, Xanlıq kəndində istehkamlar qurulub, ətraf yüksəkliklərdə atəş mövqeləri inşa edilib.
2020-ci ilin oktyabrında Cəbrayılın azad edilməsindən sonra Azərbaycan Ordusunun cənub istiqamətində irəliləməsi Qubadlıya yaxınlaşmaq üçün zəmin yaradıb. Bu mərhələdə Yazı düzü və 831, 833 saylı yüksəkliklər uğrunda ağır döyüşlər aparılıb.
Diqqətə çatdırılıb ki, oktyabrın 20-də Zəngilan şəhərinin azad edilməsi Qubadlıya cənubdan irəliləmək üçün əlavə imkanlar yaradıb. Şərqdən və cənubdan inkişaf etdirilən hücumlar Ermənistan qüvvələrinin müdafiə sisteminə təzyiqi artırıb. Hündürlüyü 1277 metr olan Hərtiz dağı ətraf əraziləri, şəhərə aparan yolları və Ermənistanla sərhədyanı sahələrin bir hissəsini müşahidə etmək baxımından mühüm mövqeyə malik olub. Bu yüksəklik üzərində nəzarət düşmənin canlı qüvvə və texnikasının hərəkətini izləməyə, ehtiyat qüvvələrin yerdəyişməsini aşkar etməyə və mümkün əks-hücumların qarşısını almağa şərait yaradıb.
Vurğulanıb ki, Ermənistan komandanlığının Qubadlıya əlavə qüvvələr göndərməsinə baxmayaraq, artilleriya zərbələri, mühüm yollar üzərində nəzarətin itirilməsi və ehtiyatların döyüşə cəlb olunmasında yaranan çətinliklər müdafiə imkanlarını zəiflədib. Nəticədə, 2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusu Qubadlı şəhərini işğaldan azad edib və şəhərdə Azərbaycan bayrağı qaldırılıb.
Oxşar xəbərlər
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol
Cəbrayılın Horovlu kəndində Novruz festivalı keçirilib
Vətən müharibəsinin başlamasından 4 il ötür
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Serbiyadakı növbədənkənar parlament seçkilərində "Tələbə siyahısı" qalib gəlib
-
"Anamla atam ailə qurmağımı istəyir"
-
Neymar qırmızı vərəqə almasını irqçilik təzahürü adlandırıb
-
U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti qələbəsini qazanıb
-
"Sabah" "Qarabağ"ı qəbul edəcək
-
Türkiyədə ağır yol qəzasında 3 nəfər ölüb, 4 nəfər yaralanıb













