Səfir: Yaponiya şirkətləri Azərbaycanın azad olunmuş ərazilərində fəaliyyət göstərirlər
Far.Az xəbər saytı

Səfir: Yaponiya şirkətləri Azərbaycanın azad olunmuş ərazilərində fəaliyyət göstərirlər


Yaponiya şirkətləri Azərbaycanın azad olunmuş ərazilərində fəaliyyət göstərirlər.

"Report" xəbər verir ki, bunu Bakıda jurnalistlərə açıqlamasında Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe deyib.

"Azərbaycanda Arxitektura və Şəhərsalma ilidir. Düşünürəm ki, bu həm Azərbaycan, həm də beynəlxalq səviyyədə əhəmiyyət kəsb edir. Fikrimcə, Yaponiya ilə Azərbaycan arasında bu sahədə əməkdaşlıq yaranarsa, Yaponiya şirkətlərinin təcrübələri Azərbaycanda da tətbiq oluna bilər", - səfir bildirib.

Onun sözlərinə görə, Yaponiyada "ağıllı şəhər" layihələri həyata keçirilir.

"Hazırda Yaponiya şirkətləri azad olunmuş ərazilərdə energetika üzrə Baş planın hazırlanması ilə bağlı layihədə fəaliyyət göstərirlər" , - K.Vatanabe vurğulayıb.

Qeyd edək ki, Yaponiyanın Azərbaycandakı səfirliyində bu ölkənin İmperatoru Naruhitonun doğum günü qeyd olunub. Ziyafətdən öncə səfir bu tədbirin Azərbaycanla Yaponiya arasında dostluq münasibətləri, mədəniyyət müdailəsinini daha da dərinləşdirəcəyinə ümid etdiyini bildirib.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Zəfər Günü münasibətilə Bakıda bayram konserti keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər