COP29-un prezidenti Nyu-Yorkda Azərbaycanın sədrliyinin uğurlarından danışıb
Far.Az xəbər saytı

COP29-un prezidenti Nyu-Yorkda Azərbaycanın sədrliyinin uğurlarından danışıb


COP29-un prezidenti Muxtar Babayev Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində təşkil olunmuş COP29-un Üçüncü Beynəlxalq Məşvərət Komitəsinin iclasında Azərbaycanın sədrliyinin irəliləyişi barədə məlumat verib.

“Report” xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Əsas hadisələr arasında Avstraliyanın energetika naziri Kris Bouenin iqlim maliyyələşdirilməsinə dair yeni Kollektiv Kəmiyyət Məqsədi üzrə nazir nümayəndəsi təyin edilməsi, Bakı Qlobal İqlim Şəffaflığı Platformasının işə salınması sırasındadır. Bundan əlavə, buraya Qazaxıstan Prezidentinin beynəlxalq ekoloji əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Zülfiyə Süleymanova və İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi elçisi Françesko Korvaronun şəffaflıq üzrə yüksək səviyyəli həmsədrlər təyin edilməsi, həmçinin COP29 sədrliyinin Fəaliyyət Gündəliyini təşkil edən təşəbbüslər və bəyannamələrin tam siyahısının dərc edilməsi daxildir", - paylaşımda qeyd olunub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Astanada COP29 sədrliyinin təşəbbüsü olan Bakı Qlobal İqlim Şəffaflığı Platformasının təqdimatı keçirilib
BMT-də COP29 çərçivəsində qlobal təşəbbüslərlə bağlı yüksək səviyyəli tədbir keçirilib
Muxtar Babayev Avstraliyanın energetika naziri ilə COP29-da iqlim maliyyələşdirilməsini müzakirə edib
Azərbaycanın iqlim dəyişiklikləri ilə bağlı təşəbbüsləri dünyada böyük dəstək qazanır - RƏY

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər