Kriştiano Ronaldu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək
Far.Az xəbər saytı

Kriştiano Ronaldu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək


"Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldu Səudiyyə Ərəbistanı Futbol Çempionatının 23-cü turunda "Əl-Həzm"ə qarşı keçirilən və komandasının 4:0 hesablı qələbəsi ilə başa çatan oyunda iki qol vurub.

"Report" xəbər verir ki, görüşdən sonra portuqaliyalı hücumçu ölkədə oynamağa davam etmək niyyətində olduğunu açıqlayıb.

"Mən Səudiyyə Ərəbistanına məxsusam. Burada oynamağa davam etmək istəyirəm. Bura məni, ailəmi və dostlarımı qarşılayan ölkədir, burada xoşbəxtəm və qalmaq istəyirəm", - deyə jurnalist Fabritsio Romano sosial mediada futbolçunun sözlərini sitat gətirib.

Qeyd edək ki, 41 yaşlı Ronaldu bu mövsüm "Əl-Nəsr"in heyətində bütün turnirlərdə 22 oyunda 20 qol vurub.

Oxşar xəbərlər

BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
"Qarabağ"ın tarixi qələbəsi DÜNYA MƏTBUATINDA
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Səudiyyə Ərəbistanında Azərbaycandakı İslamdaxili həmrəylikdən bəhs edilib
Kriştiano Ronaldonun keçmiş sevgilisinə çoxlu pul təklif ediblər - SƏBƏB...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər