Ağdərənin dörd kəndinə yeni köçürülən ailələrə açarlar təqdim edilib - YENİLƏNİB-2
Ağdərə rayonunun Aşağı Oratağ, Çıldıran, Çapar və Heyvalı kəndlərinə yeni köçürülən ailələrə mənzillərin açarları təqdim olunub.
"Report"un Ağdərəyə ezam olunan əməkdaşı xəbər verir ki, ANAMA əməkdaşları sözügedən kəndlərə qayıdan sakinləri mina təhlükəsizliyi qaydaları haqqında təlimatlandıraraq onlara müvafiq bukletlər təqdim ediblər.
Bu mərhələdə Aşağı Oratağa 29 (141 nəfər), Çıldırana 10 (46 nəfər), Çapara 7 (22 nəfər) və Heyvalıya 17 ailənin (84 nəfər) qayıdışı təmin olunub.
Aşağı Oratağ, Çıldıran, Çapar və Heyvalı kəndlərinə yola salınan köç karvanları Ağdərə şəhərinə çatıb.
"Report"un Ağdərəyə ezam olunan əməkdaşı xəbər verir ki, bu kəndlərə qayıdan ailələri Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.
Bu mərhələdə Aşağı Oratağa 29 (141 nəfər), Çıldırana 10 (46 nəfər), Çapara 7 (22 nəfər) və Heyvalıya 17 ailə (84 nəfər) köçürülüb.
Ağdərə rayonunun Aşağı Oratağ, Çıldıran, Çapar və Heyvalı kəndlərinə ümumilikdə daha 63 ailə yola salınıb.
"Report"un Qarabağ bürosu xəbər verir ki, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Aşağı Oratağa 29 (141 nəfər), Çıldırana 10 (46 nəfər), Çapara 7 (22 nəfər) və Heyvalıya 17 ailə (84 nəfər) köçürülüb.
Qeyd edək ki, bu köç də daxil olmaqla Ağdərə rayonunun 9 kəndinə 787 ailənin (3 min 11 nəfər) daimi qayıdışı təmin edilib.
Oxşar xəbərlər
İlham Əliyev Ağdərədə Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Ağdərənin dörd kəndinə qayıdan ailələrə mənzillərin açarları təqdim edilib
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
Növbəti köç karvanı Horovlu və Sos kəndinə çatıb, açarlar təqdim olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
WP: Respublikaçılar Trampın bir sıra təyinatlarını bloklamaq niyyətindədirlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb













