"Müqəddəsliyin arxasında çirkinliklər gizlənir" - Ziya Ağa teatrın problemlərini açdı
Far.Az xəbər saytı

"Müqəddəsliyin arxasında çirkinliklər gizlənir" - Ziya Ağa teatrın problemlərini açdı


Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışının qonağı aktyor Ziya Ağa olub.

Teatrın "müqəddəs məkan" kimi təqdim olunmasına etiraz edən Ziya Ağa bunun arxasında gizlənən eqoizmi və daxili intriqaları tənqid edib:

"Teatr müqəddəs deyil, mənim üçün müqəddəs olan ailədir. Deyirlər ki, mən teatrın tozunu udmuşam. Nə edim, udmayaydın. Əgər bir elektrik ustası və ya çəkməçi öz işini sevgi ilə görüb insanlara fayda verirsə, onun da işi müqəddəsdir. Ona görə də müqəddəsliyi bu qədər cılızlaşdırmaq olmaz, öz işimizi də bu qədər böyütməməliyik. Bu müqəddəsliyin arxasında çoxlu çirkinliklər və problemlər gizlənir. Dünyada bu qədər haqsızlıqlar baş verərkən insanların mədəni istirahət yeri olan teatrda problem yaratmaq eqoistlikdir".

Sənətçi tamaşaçıların teatra məcburi şəkildə gətirilməsi ilə bilet alıb gələn real auditoriya arasındakı fərqdən və gənc nəsli teatra qaytarmaq strategiyasından söz açıb:

"Əsl tamaşaçı səni görmək və izləmək üçün bilet alıb gələn insandır. Zorla, müdirinin tapşırığı ilə gətirilən tamaşaçı isə sadəcə zəhmətinə görə əl çalır. Teatrın əvvəlki tamaşaçısı ölüb gedib, yəni insanları teatrdan uzaqlaşdırıblar. Biz onları yenidən qaytarmağa çalışırıq. Strategiyam budur ki, əvvəlcə gənclərin oxuduğu və sevdiyi "Dorian Qreyin portreti", "Ovod", "Xaç atası" kimi romanları səhnələşdirərək auditoriyanı teatra cəlb edək, daha sonra isə onları Şekspir və Çexov dramaturgiyasına öyrəşdirək. Mənim tamaşaçılarımın 90 faizi gənclərdir, çünki növbəti 30 ilin tamaşaçısı məhz onlardır".

Oxşar xəbərlər

Ramana Qəsri yenidən qapılarını ziyarətçilərin üzünə açdı
"Popeyes" Azərbaycanda üçüncü ən böyük filialını açdı
HONOR Azərbaycanda ikinci rəsmi mağazasını və ilk servis mərkəzini açdı
"McDonald"s Azərbaycan" Yeni Yasamalda restoran açdı
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər