Azərbaycan Çindən hibrid avtomobillərin idxalını kəskin artırıb
Far.Az xəbər saytı

Azərbaycan Çindən hibrid avtomobillərin idxalını kəskin artırıb


Ötən il Azərbaycan 1 milyard 428,23 milyon ABŞ dolları dəyərində 73 678 ədəd hibrid avtomobil (daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri) idxal edib.

"Far.Az"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 2,8 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 1 milyard 132,54 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 3,6 dəfə çox) 62 min 488 ədəd (+4,8 dəfə), Yaponiyadan 93,31 milyon ABŞ dolları dəyərində (-2 %) 5 min 31 ədəd (-23 %), Cənubi Koreyadan 69,6 milyon ABŞ dolları dəyərində (+81 %) 2 min 903 ədəd (+69 %), Amerika Birləşmiş Ştatlarından 46,51 milyon ABŞ dolları dəyərində (-25 %) 1 min 718 ədəd (+3,6 %), Almaniyadan 36,91 milyon ABŞ dolları dəyərində (-54 %) 615 ədəd (-52 %) hibrid avtomobili alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 26 197 ədəd hibrid avtomobilin 50 %-i Çinin payına düşüb.

Oxşar xəbərlər

Almaniyadan Azərbaycana 18 zubr yola salınıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycana xaricdən gətirilən UCUZ ƏTLƏR: 11 manatdan başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər