Azərbaycanlıların axın etdiyi ölkələr məlum oldu - QİYMƏTLƏR belə dəyişir
Səyahət etmək və istirahət üçün xarici ölkələrə üz tutan azərbaycanlıların seçimləri mövsümə, büdcəyə və turizm imkanlarına görə dəyişir.
BAKU.WS-in məlumatına görə, xüsusilə tətil dövrlərində xarici istiqamətlərə marağın artması turizm bazarında canlanma yaradır.
Bununla yanaşı, müxtəlif ölkələr üzrə turpaketlərin qiymətləri də diqqət mərkəzində qalır.
Bəs istirahət üçün ən çox seçilən istiqamətlər hansılardır və turizm bazarında qiymət dinamikası necə dəyişir?
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək Komitəsinin rəhbəri, turizm üzrə ekspert Rəhman Quliyev BAKU.WS-ə bildirib ki, Azərbaycan vətəndaşlarının xarici ölkələrdə istirahət seçimlərinə nəzər saldıqda, ilk növbədə Türkiyə, Gürcüstan, Misir və Birləşmiş Ərəb Əmirliklərinin xüsusi yer tutduğunu görünür:
"Türkiyə ənənəvi olaraq azərbaycanlı turistlərin ən çox üstünlük verdiyi istiqamətdir. Burada xüsusilə Antalya, İstanbul, Bodrum və Alanya kimi turizm mərkəzlərinə maraq yüksəkdir.
Son dövrlərdə Misirin Şarm əl-Şeyxinə də tələbat əhəmiyyətli dərəcədə artıb. 2025-ci ildə turizm şirkətləri vasitəsilə Misirə səfər edən Azərbaycan vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 2,3 dəfə artıb. Gürcüstan isə həm coğrafi yaxınlığı, həm də müxtəlif büdcələrə uyğun istirahət imkanları ilə seçilir.
Qiymətlərə gəldikdə, ötən illərlə müqayisədə hotellərin və xidmət xərclərinin artması turpaketlərin ümumi dəyərinə təsir göstərib. Ölkələr üzərə qiymətlər isə Misirdə Şarm əl-Şeyx üzrə 1 həftəlik paket bir nəfər üçün 1250 AZN-dən başlayan qiymətlər mövcuddur.
Türkiyənin Bodrum, Antalya, Marmaris bölgələrinə 1 həftəlik 1 nəfər üçün 1150 AZN-dən, İstanbula 5 günlük 1 nəfər 700 AZN-dən, Gürcüstan paytaxtı Tbilisiyə 5 günlük bir nəfər 600 AZN-dən başlayan qiymətlər təklif olunur.
Bununla belə, erkən rezervasiya, mövsümdənkənar səyahət və turizm şirkətlərinin xüsusi kampaniyaları vasitəsilə daha münasib qiymətlərlə istirahət etmək mümkündür. Turistlər yalnız qiymətə deyil, xidmət keyfiyyətinə, təhlükəsizliyə və təqdim olunan xidmətlərin ümumi dəyərinə də diqqət yetirməlidirlər".
Orxan Hüseyn
Oxşar xəbərlər
Turistlərin axın etdiyi Alban məbədi baxımsız vəziyyətdədir
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Pezeşkian Türkiyəyə yola düşüb
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
Yaponiyanın müdafiə naziri seçkilərdə Takaiçini dəstəkləyəcək
-
"TRT Haber": Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













