Dövlət Auditi İnformasiya Sisteminin qurulması üzrə son vəziyyət açıqlanıb
Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.
"Report" bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, iclasda ilk olaraq qurumun sədr müavini Nəsir Sadıqov keyfiyyətin idarəedilməsi fəaliyyəti çərçivəsində monitorinq və düzəltmə (sağlamlaşdırma) işinin təşkili məsələsini təqdim edib. O, qeyd edib ki, müvafiq fəaliyyət auditin keyfiyyətinin və səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Müzakirələr zamanı monitorinq prosedurlarının sistemli tətbiqi, aşkar edilmiş uyğunsuzluqlar üzrə düzəldici tədbirlərin vaxtında və effektiv icrası ətrafında fikir mübadiləsi aparılıb.
Sonra Hesablama Palatasının aparat rəhbəri Tamerlan Yusif-zadə Dövlət Auditi İnformasiya Sisteminin qurulması üzrə həyata keçirilən fəaliyyətlərin mövcud vəziyyəti barədə məlumat təqdim edib.
Daha sonra V.Gülməmmədov illik fəaliyyət hesabatında tətbiq edilməli yeniliklər, o cümlədən fəaliyyətin təsirinin qiymətləndirilməsi ilə bağlı məsələlərə toxunub, dövlət auditinin rəqəmsallaşdırılması işlərinin sürətləndirilməsi, audit hesabatlarının hazırlanmasında və inzibati idarəetmə fəaliyyətində süni intellektin tətbiqinin genişləndirilməsi imkanlarının öyrənilməsi ilə bağlı kollegiya üzvləri və struktur bölmə rəhbərlərinə tapşırıqlarını verib.
İclasın sonunda gündəlikdə nəzərdə tutulan digər cari məsələlərə baxılıb.
Oxşar xəbərlər
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













