Mərkəz direktoru: "Azərbaycanda su ehtiyatlarının xəritəsi yaradılmalıdır"
Azərbaycanda həm yerüstü, həm də yeraltı su ehtiyatlarının müvafiq xəritəsi yaradılmalıdır.
"Far.Az" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") Coğrafi İnformasiya Sistemləri Mərkəzinin direktoru İsmət Baxışov "Su təhlükəsizliyi Azərbaycanda: Tənzimləmə, risklər və biznesin məsuliyyətli hərəkətləri" mövzusunda keçirilən dəyərmi masada bildirib.
Onun sözlərinə görə, yeraltı sularını yalnız peyk şəkillərini istifadə edərək aşkar etmək asan deyil: "Əsas problem ölkə üzrə paylanmış sahə məlumatlarının mövcudluğundadır. Bəzi regionlar üçün biz tədqiqatlar apardıq və bu sahə məlumatlarını peyk məlumatları ilə müqayisə etdik. Bundan əlavə, biz peyk məlumatlarından əldə edilmiş qravitasiya anomaliyalarından istifadə edirik ki, onlar da yeraltı sular haqqında məlumat verir. Lakin dəqiq dəyərlər və göstəricilər əldə etmək üçün sahə məlumatları lazımdır və onlar tam və dəqiq mənzərə əldə etmək üçün yalnız bir hissəsində deyil, bütün ölkə üzrə paylanmalıdır".
İ. Baxışov bildirib ki, hazırda yeraltı suların müvafiq xəritələri olmasa da, bu istiqamətdə Asiya İnkişaf Bankı ilə birgə iş aparılır: "Bizdə bir proqram, tədqiqat var və hələ çox uzun yolun başlanğıcındayıq. Bu təşəbbüs əhəmiyyətli texniki imkanlar və mühüm nəticələr tələb edir, lakin biz buna sadiqik".
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
-
DİN qanunsuz silah saxlayanlara ÇAĞIRIŞ ETDİ
-
Mahir Məmmədov: "Baku Open 2026" Beynəlxalq Şahmat Festivalına rekord sayda iştirakçı qatılıb"
-
Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub
-
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
-
WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi olacaq













