Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu 35-dən çox beynəlxalq tədbir keçirib
Far.Az xəbər saytı

Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu 35-dən çox beynəlxalq tədbir keçirib


Bakı Təşəbbüs Qrupu (BTQ) fəaliyyətə başladığı vaxtdan 35-dən çox beynəlxalq tədbir keçirib.

"Far.Az" xəbər verir ki, bunu BTQ-in icraçı direktoru Abbas Abbasov Bakıda keçirilən "Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi" mövzusunda beynəlxalq forumunda bildirib.

"Biz 2023-cü ildən etibarən kolonial və neokolonial siyasətin nəticələrinə, hüquqi aspektlərə, insan hüquqlarının müdafiəsinə, yerli xalqların və etnik azlıqların hüquqlarına həsr olunmuş 35-dən çox beynəlxalq tədbirə uğurla təşkilatçılıq etmişik", - o qeyd edib.

Abbasovun sözlərinə görə, BTQ 2024-cü ildən beyin mərkəzi (think tank) funksiyasını da yerinə yetirir.

"Bu fəaliyyət çərçivəsində biz üç kitab nəşr etmişik və 40-dan çox hesabat hazırlamışıq. Bundan başqa, beynəlxalq təşkilatlar və müvafq institutları üçün nüfuzlu məruzələr hazırlayıb təqdim etmişik", - o əlavə edib.

İcraçı direktor həmçinin vurğulayıb ki, BTQ indiyədək müstəmləkəçilik təzahürləri ilə üzləşən 9-dan çox xarici ərazilər, eləcə də neomüstəmləkə siyasətindən zərər görmüş 15-dən çox ölkə ilə əməkdaşlıq qurub.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Bakıda gənclərin postkolonial dövrdə roluna həsr olunmuş beynəlxalq forum keçirilir
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər