Azərbaycanın sənaye zonalarının məhsullarının ixrac olunduğu ölkələrin sayı 70-i ötüb
Hazırda Azərbaycanın sənaye sonalarında istehsal olunan məhsullar 70-dən artıq ölkəyə ixrac olunur.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
"Sənaye zonaları Azərbaycanın qeyri-neft-qaz iqtisadiyyatında strateji əhəmiyyətini artırıb. Ötən il qeyri-neft-qaz sənaye məhsullarının istehsalında sənaye zonalarının payı 19,1 %, qeyri-neft-qaz ixracında isə 33,9 % təşkil edib. Bu göstəricilər sənaye zonalarının qeyri-neft-qaz iqtisadiyyatında əsas dayaqlardan birinə çevrildiyini göstərir", - deyə o qeyd edib.
Bundan başqa, sədr deyib ki, ötən il sənaye zonalarında istehsalın ümumi dəyəri əvvəlki illə müqayisədə 21,1 %, ixracın dəyəri isə 13,4 % çox olub.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
Yatmazdan əvvəl yeyilən ən zərərli qəlyanaltının adı açıqlandı
-
Sümükləri möhkəmləndirmək üçün ən faydalı səhər yeməyi açıqlandı
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib













