Azərbaycanda minik avtomobillərinin istehsalı 71 % artıb
Bu ilin yanvar ayında Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 167 ədəd və yaxud 71,1 % çoxdur. Fevralın 1-nə 244 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Ötən ay Azərbaycanda 38,2 milyon manatlıq maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib. Məlumata görə, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə maşın və avadanlıqların istehsalı 10,8 % azalıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,1 dəfə artıb.
Hesabat ayında Azərbaycanda 30 ədəd traktor istehsal edilib. Bu, 2025-ci ilin ilk ilə müqayisədə 34,8 % azdır. Fevralın 1-nə 6 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Həmçinin, bu ilin yanvar ayında ölkədə 56 ədəd yük avtomobili istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 7 dəfə çoxdur. Bu ilin fevralın 1-nə 19 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Oxşar xəbərlər
DSX ötən ay 6,5 milyon manatlıq qaçaqmal aşkarlayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
"Sədərək" ticarət mərkəzindəki yanğın tam söndürülüb
"Sədərək"də baş verən yanğında xəsarət alanların sayı 13 nəfərə çatdı - TƏBİB
"Sədərək" ticarət mərkəzindəki yanğın məhdudlaşıdırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolu ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
-
Tərtərdə evə gec gələn kişi arvadını döyüb xəstəxanalıq etdi
-
Suraxanıda 11 kiloqram narkotik aşkarlanıb
-
Quba sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - 1,7 milyon manat vəsait ayrılır
-
"Zirə" minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb
-
Azərbaycanlı aparıcı ailə qurdu













