Bakıda “Nordic Talks” çərçivəsində Skandinaviya ölkələrinin səfirlərinin panel müzakirəsi keçirilir
Far.Az xəbər saytı

Bakıda “Nordic Talks” çərçivəsində Skandinaviya ölkələrinin səfirlərinin panel müzakirəsi keçirilir


Bakıda Şimali Avropa ölkələrinin inkişafının “yaşıl modeli” (NORDIC TALKS: Nordic Green Model) təşəbbüsü çərçivəsində Skandinaviya ölkələrinin səfirlərinin iştirakı ilə panel müzakirələri keçirilir.

“Report” xəbər verir ki, müzakirələr Skandinaviya ölkələrinin bərpa olunan enerji mənbələrinə keçid təcrübəsinin müzakirəsinə və iqlim dəyişikliyi probleminin həlli yollarının tapılmasına həsr olunub.

Tədbirdə İsveçin Azərbaycandakı səfiri Tobias Lorentsson, Finlandiyanın Azərbaycandakı və Cənubi Qafqazın digər ölkələrindəki səfiri Kirsti Narinen, Danimarkanın Türkiyə və Azərbaycandakı səfiri Ole Toft, həmçinin Norveç Xarici İşlər Nazirliyinin “yaşıl keçid" üzrə xüsusi nümayəndəsi Per Strand Şosta iştirak edir.

Panel müzakirələrində dövlət qurumları, vətəndaş cəmiyyəti və KİV nümayəndələri iştirak edəcək.

Müzakirələrdən sonra səfirlər iştirakçıların suallarını cavablandıracaqlar.

Foto: Məhəmməd Ağayev

Oxşar xəbərlər

İsveç səfiri: Skandinaviya ölkələri “yaşıl” keçid yolunda Azərbaycan üçün mühüm tərəfdaş ola bilər
Ole Toft: “Yaşıl” keçid iqlim dəyişikliyi problemini həll etmək üçün şərt oldu
İsveç səfiri Bakıda “Nordic Talks” konfransının açılışında çıxış edib
Bakıda Şimali Avropa ölkələrinin inkişafının “yaşıl modeli” üzrə müzakirələrin birinci günü baş tutub
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər