Nyu-Yorkda "Xocalıya Ədalət" məlumatlandırma aksiyası keçirilib
ABŞ-nin Nyu-York şəhərində Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar genişmiqyaslı məlumatlandırma aksiyası keçirilib.
"Report"un ABŞ bürosu xəbər verir ki, aksiya Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.
LED ekranlarla təchiz olunmuş avtomobillər şəhərin mərkəzi küçələrində hərəkət edərək Nyu-Yorkun ən nüfuzlu və izdihamlı məkanlarını əhatə edən marşrut üzrə hərəkət ediblər. LED ekranlarla təchiz olunmuş avtomobillər Tayms meydanı, BMT-nin Baş Qərargah binası, Uoll-Strit, Bruklin körpüsü, Azadlıq heykəli ətrafı, Mərkəzi park və meydanlardan keçib, Amerikanın "The New York Times" nəşrinin binasının önündə dayanıb.
Ekranlarda Xocalı həqiqətləri barədə tarixi faktların qeyd olunduğu QR kodlar yerləşdirilib.
Aksiyanın əsas məqsədi Xocalı faciəsi barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, qurbanların xatirəsini anmaq və ədalət çağırışını dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırmaqdır. Məlumatlandırma aksiyasının gün ərzində davam edəcəyi bildirilib.
LED ekranlarda "Xatırla, hörmət et, düşün -XOCALI 1992", "34 il sonra, biz hər bir ruhu xatırlayırıq", "XOCALI 1992 faciəsi - dünya bunu unutmamalıdır", "XOCALI - onların cəsarəti və ağrısı bizimlədir", "Xocalı qurbanları anır, xatirələrini əziz tuturuq", "XOCALI soyqırımını unutma", "Maarifləndir, ədalət tələb et və həmrəylik göstər", "Birlikdə xatırlayırıq, birlikdə yas tuturuq, birlikdə müdafiə edirik", "XOCALI üçün ədalət", "Faciədən xatirəyə- XOCALI yaşayır", "Günahsızlar üçün xatırla, ədalət üçün danış", "Bir soyuq gecə - minlərlə itki", "34 il sonra da XOCALI danışır" şüarlar nümayiş etdirilib.
Aksiya çərçivəsində beynəlxalq ictimaiyyət Xocalı faciəsini unutmamağa, qurbanların xatirəsinə ehtiram göstərməyə və ədalətin təmin olunmasına dəstək verməyə çağırılıb.
Oxşar xəbərlər
Nyu-Yorkun "Times" meydanında Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb
-
Ağdərə rayonunda yerləşən "Dəmirli" Filiz Emalı Kompleksində 1 342 nəfər daimi işlə təmin olunub
-
Luis Silvestr 4 oyunluq cəzalanıb, "İmişli" 10 000 manat cərimələnib
-
Xəzər rayonunda mənzildən 33 min manat oğurlanıb
-
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb - TƏBİB-dən AÇIQLAMA
-
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Yuri Maksimov: "Futbolçuların bir qismini tanıyıram"













