"Nyukasl"ın baş məşqçisi: İkinci hissədə oyun bizim üçün məyusedici oldu
Düşünürəm ki, hesab 2:0 olanda bir qədər tempi azaltdıq.
Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri İngiltərənin "Nyukasl" klubunun baş məşqçisi Eddi Hau UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis komandasının 2:0 hesablı üstünlükdən sonra tempin aşağı düşdüyünü etiraf edib: "Bunu etmək niyyətində deyildik, amma bu, təbii bir reaksiya idi. İkinci hissədə oyun qarşılıqlı hücumlar şəraitində keçdi və bu, bizim üçün həqiqətən məyusedici oldu".
Eddi Hau bildirib ki, komanda ikinci hissədə artıq enerji sərf edib və rəqib qapısı qarşısında lazımi təzyiqi yarada bilməyib: "Birincisi, həddindən artıq enerji sərf etdik və bu da rəqib qapısına təzyiq göstərməyimizə mane oldu. Həmin 45 dəqiqədən narazıyıq".
Qeyd edək ki, görüş "Nyukasl"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
UEFA Çempionlar Liqası: "Qarabağ" Bakıda "Nyukasl"a böyük hesabla uduzub - YENİLƏNİB-9
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













