Norveçin xüsusi nümayəndəsi: Dünyada bərpa olunan enerji mənbələrinə böyük tələbat var
Far.Az xəbər saytı

Norveçin xüsusi nümayəndəsi: Dünyada bərpa olunan enerji mənbələrinə böyük tələbat var


Norveç iri neft istehsalçısı və ixracatçısıdır və bu, onun Azərbaycanla oxşar cəhətidir.

“Far.Az” xəbər verir ki, bunu Norveç Xarici İşlər Nazirliyinin “yaşıl” keçid üzrə xüsusi nümayəndəsi Per Strand Şosta Bakıda Şimali Avropa ölkələrinin inkişafının “yaşıl modeli” (NORDIC TALKS: Nordic Green Model) təşəbbüsü çərçivəsində keçirilən panel müzakirəsi zamanı deyib.

O qeyd edib ki, iqtisadiyyatın qurulmasının bu cür strukturu dayanıqlı inkişaf məqsədinə və Paris sazişinin məqsədlərinə uyğun ola bilməz.

“Dünyada bərpa olunan enerji mənbələrinə böyük tələbat var və biz hidroenergetikanın həcmini artırmağa çalışırıq”, - xüsusi nümayəndə bildirib.

Şosta onu da vurğulayıb ki, bərpa olunan enerji mənbələrinə keçid kifayət deyil. “Biz həmçinin emissiyaları azaltmağın yollarını işləyib hazırlamalıyıq. Əks halda keçid bizə lazım olan sürətlə baş verməyəcək”, - deyə o fikrini tamamlayıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Bakıda “Nordic Talks” çərçivəsində Skandinaviya ölkələrinin səfirlərinin panel müzakirəsi keçirilir
Bakıda Şimali Avropa ölkələrinin inkişafının “yaşıl modeli” üzrə müzakirələrin birinci günü baş tutub
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər