SOCAR və "Samsung E&A Co., Ltd." şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
İqtisadiyyat naziri Mikayıl Cabbarov "Samsung E&A Co., Ltd." şirkətinin prezidenti və baş icraçı direktoru Honq Namkunq ilə görüşüb.
Far.Az xəbər verir ki, görüşdə Azərbaycanın iqtisadi prioritetləri, əlverişli biznes və investisiya mühiti haqqında məlumat verilib. Ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına və qlobal dəyər zəncirlərinə inteqrasiyası baxımından görülən işlər diqqətə çatdırılıb, əməkdaşlıq imkanları qeyd olunub.
Tərəflər enerji sahəsində tərəfdaşlığın genişləndirilməsi barədə müzakirə aparıblar.
Görüş çərçivəsində SOCAR və "Samsung E&A Co., Ltd." şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd enerji aktivlərinin səmərəliliyinin artırılması, istehsalın lokallaşdırılması, regional sənaye və təchizat mərkəzinin yaradılması, insan kapitalının inkişafı və karbonsuzlaşma üzrə əməkdaşlıq perspektivlərinin araşdırılmasını nəzərdə tutur.
Sənədin icrası yerli şirkətlərin qlobal dəyər zəncirinə inteqrasiyası baxımından da əhəmiyyət daşıyır.
Dünyanın ən böyük transmilli konqlomeratlarından olan "Samsung Group"un törəmə şirkəti "Samsung E&A Co., Ltd." qlobal mühəndislik, satınalma və tikinti (EPC) podratçısıdır. Şirkət texniki-iqtisadi əsaslandırma (FS), detallı mühəndislik, satınalma, tikinti, istismaravermə (commissioning) və layihə idarəetməsi daxil olmaqla inteqrə olunmuş xidmətlər təqdim edir. "Samsung E&A Co., Ltd." hidrokarbonlar və enerji infrastrukturu üzrə neft və qaz emalı zavodları, neftayırma və neft-kimya kompleksləri, qaz emalı və yardımçı infrastruktur obyektlərini layihələndirir və həyata keçirir. Şirkət Yaxın Şərq, Asiya və digər strateji enerji bazarlarında irimiqyaslı layihələrdə təcrübəyə malikdir.
Qalereya
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
CENTCOM: Hörmüz boğazından 1,7 milyard bareldən çox neft daşınıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













