Azərbaycanın U-19 millisi Moldovada ilk yoxlama oyununda qalib gəlib
Far.Az xəbər saytı

Azərbaycanın U-19 millisi Moldovada ilk yoxlama oyununda qalib gəlib


Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası Moldovada keçirdiyi ilk yoxlama oyununda qələbə qazanıb.

"Far.Az" xəbər verir ki, U-19 hazırlıq prosesi çərçivəsində Moldovanın müvafiq yaş qrupundan ibarət seçməsi ilə üz-üzə gəlib.

Vadul lui Voda şəhərindəki Texniki Mərkəzdə baş tutan qarşılaşma millimizin 2:1 hesablı üstünlüyü ilə başa çatıb.

Komandanın qollarını Nicat Nərimanov (61-ci dəqiqə) və İbrahim Babayev (82-ci dəqiqə) rəqib qapısından keçiriblər.

Qeyd edək ki, bu komandalar arasında ikinci yoxlama oyunu fevralın 27-də keçiriləcək.

Oxşar xəbərlər

Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Əminə Yusifqızı ilə vida mərasimi başa çatıb
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Vaşinqtonda Sülh Şurasının ilk iclası başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər