Niyaməddin Musayev, Ağaəli İbrahimov və bir sıra şəxsə Mədəniyyət Nazirliyinin Fəxri diplomu verilib
Mədəniyyət Nazirliyində bir qrup yubilyar mədəniyyət xadimi ilə görüş keçirilib.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, görüşdə Xalq artistləri Niyaməddin Musayev, Yusif Axundzadə, Gülbacı İmanova, Səkinə İsmayılova, Natiq Şirinov, Xalq rəssamları Ağaəli İbrahimov, Eldar Mikayılzadə və tanınmış uşaq yazarı Solmaz Amanova iştirak ediblər.
Mədəniyyət naziri Adil Kərimli onları yubileyləri münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.
Nazir bildirib ki, bu şəxslərin hər biri mədəniyyətimizin inkişafına öz töhfələrini verirlər.
Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsində mədəniyyətə xüsusi münasibət olduğunu deyən nazir qeyd edib ki, dahi şəxsiyyət respublikaya rəhbərliyinin hər iki dövründə mədəniyyətimizə böyük diqqət və qayğı göstərib:
"Bu mütərəqqi yanaşma hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən davam etdirilir. Mədəniyyətimizin inkişafı, qoruması və təbliği sənət adamlarına yüksək səviyyədə qayğı ilə paralel şəkildə aparılır. Dövlət başçısının sərəncamları ilə yaradıcı insanlar təqaüd və təltiflərə layiq görülürlər. Bu münasibət, sözsüz ki, mədəniyyət xadimlərinə böyük stimul verir, onları həyata və sənətə daha möhkəm bağlayır".
Sonra Adil Kərimli yubilyarlara Mədəniyyət Nazirliyinin Fəxri diplomlarını təqdim edib, cansağlığı və fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda birgə foto çəkdirilib.
Qalereya
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Uşaq qidası ilə bağlı yayılan görüntülər təsdiqini tapmayıb - RƏSMİ AÇIQLAMA
-
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM
-
Hərbi xidmət haqqında qanunvericiliyə edilmiş son dəyişikliklərin icrasına başlanılıb
-
Azərbaycan Avropa çempionatında medal hesabını açdı
-
Azərbaycanda "Yaşıl hidrogen" istehsalına dair fəaliyyət planı hazırlanır - EKSKLÜZİV
-
"Euronews" Bakıda keçiriləcək WUF13 barədə reportaj hazırlayıb













