Ömər Bolat: "Türkiyə şirkətləri Azərbaycanda 500-dən çox tikinti layihəsini tamamlayıb"
Türkiyə şirkətləri Azərbaycanda 500-dən çox tikinti layihəsini tamamlayıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömer Bolat Gürcüstanın Kaxetiya regionunda keçirilən VII Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumunda bildirib.
Onun sözlərinə görə, bu layihələrin ümumi dəyəri 18 milyard ABŞ dollarına yaxın olub. O, xüsusilə Azərbaycanın Qarabağda qazandığı qələbədən sonra bu bölgənin bərpası istiqamətində həyata keçirilən böyük infrastruktur və yenidənqurma layihələrini qeyd edib.
Ö. Bolat Türkiyənin tikinti sektorunun xarici layihələrdə fəal iştirak etdiyini və regional əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Nazir bildirib ki, Türkiyənin inşaat şirkətləri Gürcüstanda ümumilikdə 305 layihəni həyata keçirib ki, bunların da ümumi dəyəri 3,5 milyard ABŞ dolları təşkil edir.
O qeyd edib ki, gələcəkdə də Türkiyə, Azərbaycan və Gürcüstan arasında nəqliyyat, enerji və turizm sahələrində əməkdaşlığın davam etdirilməsi planlaşdırılır: "Bu əməkdaşlıq regionun iqtisadi inkişafına mühüm töhfə verir".
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər













