Natiq Qasımovun bacısı Prezidentə: Qardaşımın əziyyəti itmədi
Far.Az xəbər saytı

Natiq Qasımovun bacısı Prezidentə: Qardaşımın əziyyəti itmədi


Milli Qəhrəman Natiq Qasımovun bacısı qardaşının əməyinin itmədiyini bildirib.

"Report" xəbər verir ki, Natiq Qasımovun bacısı Kəmalə Heydərova Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı çərçivəsində Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Xocalı torpağına qayıtdığı zaman hisslərini ifadə etməyin mümkün olmadığını vurğulayıb:

"Çünki bu torpaqda mənim qardaşım Natiq Qasımov döyüşüb. O, Rusiyada hərbi xidmətdə olanda erməni vəhşiləri burada azərbaycanlılara zülm edirdilər. O, əsgərlikdən gələndən sonra dayanmadı, gəldi Xocalıya. Onun qəhrəmanlığı haqqında heç nə danışmayacağam, hamı bilir. Mən Sizə çox təşəkkür edirəm, əziz Prezidentimiz, mənim qardaşıma çox dəyər verdiniz. Ən gözəl adı – "Milli Qəhrəman" adını verdiniz. Onda anam sağ idi. İnanın ki, biz heç bilmirdik, qonşu zəng elədi ki, Natiqə "Milli Qəhrəman" adı verilib. Onun əməyi itmədi. Biz sevinirik ki, belə qəhrəmanlarımızın sayı çoxdur, şükürlər olsun. Heç bir dövlətdə, ölkədə elə bir şey yoxdur ki, 44 günlük müharibədə qalib olsun. Bu, Sizin şücaətiniz və şəhidlərimiz, qazilərimiz, veteranlarımız sayəsində oldu".

Oxşar xəbərlər

İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Prezident Gəncə Memorial Kompleksinin açılışında iştirak edib
Bakıda Zəfər muzeyinin açılışı olub
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər