"613 Justice for Khojaly" fləşmobu keçirilib
Far.Az xəbər saytı

"613 Justice for Khojaly" fləşmobu keçirilib


Azərbaycan könüllülərinin iştirakı ilə "613 Justice for Khojaly" fləşmobu keçirilib.

Xocalı Soyqırımının 34-cü ildönümündə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Dənizkənarı Bulvar İdarəsinin tərəfdaşlığı ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) tərəfindən "613 Justice for Khojaly" fləşmobu keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət!" beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində keçirilən fləşmobda 1000 nəfər Azərbaycan Könüllüsü iştirak edib. Fləşmobun keçirilməsində əsas məqsəd Xocalı soyqırımının unudulmaması, dünya ictimaiyyətinə bu soyqırım həqiqətlərinin çatdırılması və Xocalı qurbanlarının əziz xatirəsinin anılmasıdır.

Fləşmob zamanı könüllü gənclər "Xocalıya ədalət!" şüarını səsləndirərək, faciənin beynəlxalq səviyyədə tanıdılması və ədalətin bərqərar olunması üçün çağırış ediblər.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi: "Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın".

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər