Xamənei və Pezeşkian İsrailin Beyrutu bombalamasını pisləyib
İsrail Livan “Hizbullah”ının güclü strukturuna ciddi ziyan vura bilməyəcək qədər kiçikdir.
“Far.Az” İRNA-ya istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei sentyabrın 27-də Beyrutun İsrail Hərbi Hava Qüvvələri tərəfindən bombalanmasına münasibət bildirərkən deyib.
Seyid Əli Xamenei Livandakı son hadisələrlə bağlı ismarışlar verərək deyib: “Livan xalqı bir zamanlar qəsbkar rejimin hərbçiləri ölkəni zəbt etdiyini unutmayıb. Beyruta qədər onların ayağını “Hizbullah” kəsmişdi”.
İran Prezidenti Məsud Pezeşkian da Beyruta son hücumlarla bağlı müraciətində İsrailin əməllərinə dünya birliyini cavab verməməkdə ittiham edib. O, beynəlxalq ictimaiyyəti, xüsusilə islam dövlətlərini bu əməlləri qətiyyətlə pisləməyə çağırıb.
Sentyabrın 27-də İsrail Hərbi Hava Qüvvələrinin Livan “Hizbullah”ının Beyrutdakı mərkəzi qərargahını bombalaması nəticəsində hərəkatın başçısı Həsən Nəsrullah və başqa yüksək vəzifəli şəxslərin öldüyünə dair məlumat yayılıb.
Xamənei və Pezeşkian ismarışlarında Həsən Nəsrullah və başqalarının adlarını çəkməyib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Livanda peycerlərin detonasiyası nəticəsində ölənlərin sayı 11-ə çatıb, 400 nəfərin vəziyyəti ağırdır - YENİLƏNİB 5
Livandakı partlayışda yaralananların sayı 1 500-ə çatıb - YENİLƏNİB-2
Ayətullah Xameneinin qərarı necə olacaq? - 21 illik fətva dəyişə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Çexiya dronlara qarşı mübarizə üçün Ukraynaya 16 təyyarə verə bilər













