Qazaxıstanda Mərkəzi Asiyanın ən böyük təyyarə təmiri mərkəzi tikilir
Qazaxıstanın Şımkent şəhərində Mərkəzi Asiyanın ən böyük təyyarələrinə texniki xidmət mərkəzinin tikintisi başlayıb.
"Far.Az"un məlumatına görə, bu barədə Qazaxıstan KİV-ləri Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Layihəni SCAT aviaşirkəti Boeing ilə tərəfdaşlıq çərçivəsində həyata keçirir.
"Layihə Boeing istehsalı olan hava gəmilərinin, o cümlədən Boeing 737 (Classic/NG/MAX), Boeing 757/767 ailələrinə aid təyyarələrin, həmçinin genişgövdəli Boeing 777 hava gəmiləri üzrə perspektiv proqramların texniki xidmətinə yönəlmiş tam istehsal dövrünə malik müasir mərkəzin yaradılmasını nəzərdə tutur. Bu baxımdan əlavə Boeing hava gəmilərinin satın alınması planlaşdırılır", - nazirlikdən bildiriblər.
Layihənin həyata keçirilməsi Qazaxıstanda xarici aviaşirkətlərin hava gəmilərinin texniki xidmətinə cəlb oluna biləcək beynəlxalq səviyyəli müasir servis bazasının formalaşdırılmasına imkan verəcək.
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
69 minlik dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana təhvil verildi
-
Ağır cinayətlərdə ittiham olunan daha bir azərbaycanlı Türkiyədən ekstradisiya ediləcək
-
Azərbaycanda əl işlərinin elektron satışından əldə edilən gəlirlərə vergi yoxlaması tətbiq ediləcək
-
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM
-
Azərbaycan I rübdə 5 milyon tondan çox neft ixrac edib
-
Bakıxanovda şadlıq sarayının fəaliyyəti dayandırılıb













