Bir sıra məhkəmələrin ərazi yurisdiksiyası ilə bağlı dəyişikliklər təsdiqlənib
Far.Az xəbər saytı

Bir sıra məhkəmələrin ərazi yurisdiksiyası ilə bağlı dəyişikliklər təsdiqlənib


"Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası"nda dəyişiklik edilməsi barədə qərar layihəsi təsdiq edilib.

Bu barədə "Far.Az"a Məhkəmə-Hüquq Şurasından məlumat verilib.

Qeyd olunub ki, şuranın növbəti iclası çərçivəsində məhkəmə-hüquq sahəsində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə məlumat verilib.

Həmçinin Azərbaycan Hakimlərinin II Forumu və Forum çərçivəsində keçirilmiş panel müzakirələrin, "Rəqəmsallaşma və süni intellektin tətbiqi" panelindəki mövzuların əhəmiyyəti və bu sahədə qarşıda duran hədəflər diqqətə çatdırılıb.

Məhkəmə-Hüquq Şurasının Aparatı və işçi qrupları tərəfindən məhkəmə fəaliyyətinə dair hazırlanmış "Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə sahə Siyahısı və onun tətbiq olunmasına dair Təlimat, "Azərbaycan Respublikasının məhkəmələrində monitorinqlərin aparılması qaydaları" və dövrün tələblərinə uyğun olaraq yenidən işlənilmiş "Hakimlərin Etik Davranış Kodeksi" layihəsi müzakirə edilib.

İclasda "Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası"nda dəyişiklik edilməsi barədə qərar layihəsi təsdiq edilib.

Bundan əlavə, gündəliyə uyğun olaraq, Hakimlərin Seçki Komitəsinə və Hakimlərin Qiymətləndirilməsi Komitəsinə üzvlər seçilib.

Daha sonra intizam icraatı üzrə işlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Oxşar xəbərlər

Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər