XİN başçısı: Bakı və İrəvan normallaşma prosesində mühüm irəliləyişlər əldə edib
Azərbaycan və Ermənistan son bir ildə suverenlik və ərazi bütövlüyünü təmin etməklə yanaşı, birbaşa ikitərəfli danışıqlar yolu ilə normallaşma prosesində, xüsusən də dövlət sərhədinin müəyyən olunması və demarkasiyasına dair ikitərəfli sazişin hazırlanması ilə bağlı mühüm irəliləyişlər əldə edib.
“Report” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının Ümumi Müzakirəsində “Heç kimi geridə qoymayaq: indiki və gələcək nəsillər üçün sülhün, davamlı inkişafın və insan ləyaqətinin inkişafı naminə birgə hərəkət etmək” mövzusunda çıxış edərkən söyləyib.
Nazir əlavə edib ki, Azərbaycan təkcə öz milli təhlükəsizliyi və rifahı üçün deyil, həm də bütün regionun daha yaxşı gələcəyi üçün güclü məsuliyyət hissi ilə bu prosesi irəli aparmağa davam edəcək: “Normallaşma prosesini məntiqi sonluğa çatdırmaq öhdəliyimiz və qətiyyətimiz dəyişməz olaraq qalır. Ermənistan konstitusiya dəyişikliklərini həyata keçirməməklə Azərbaycana qarşı ərazi iddialarından qanuni olaraq hələ də birdəfəlik əl çəkməyib. Ermənistanın səhlənkarlığı – hərbi büdcənin kəskin artması, həm ənənəvi, həm də yeni tədarükçülərdən böyük miqdarda silahlarının alınması və köhnə münaqişəyə əsaslanan rəvayətləri və strukturları saxlamaq cəhdləri ilə birlikdə konstitusiya dəyişikliklərinin həyata keçirilməməsi normallaşma prosesini pozur”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ceyhun Bayramov: Dünya geniş spektrli problemlərlə mübarizə aparmağa davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kopenhagendə beynəlxalq iqlim rejiminin gələcəyi müzakirə edilib
-
Fars körfəzində Boliviya bayrağı altında üzən iki gəmi yoxa çıxıb
-
Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub
-
Çay süfrəsində ağır söhbət: Vladimir Putin və Si Cinpin nəyi müzakirə ediblər?
-
Muxtar Babayev: İqlim miqrasiyası və hərbi münaqişələr şəhər planlaşdırmasını çətinləşdirir
-
Bu il növbəti Bakı İqlim həftəsi keçiriləcək













