Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
Fransa Prezidenti Emmanuel Makron qiymət artımına qarşı kütləvi etirazlar zamanı baş verən iğtişaşları kəskin pisləyib və talanlarda, eləcə də dövlət müəssisələrinə hücumlarda iştirak edən şəxslərin məsuliyyətə cəlb olunacağını bildirib.
"Far.Az" xəbər verir ki, Fransa lideri bu barədə "X" sosial şəbəkəsindəki paylaşımında yazıb.
"Respublikamızda zorakılığa yer yoxdur. Talanlarda iştirak edən, prefekturalara və mağazalara hücum edən, o cümlədən meriya binalarında oğurluqla məşğul olan şəxslər məsuliyyətə cəlb ediləcək və cəzalandırılacaqlar", - Makron qeyd edib.
Prezident vurğulayıb ki, radikal düşüncəli aksiya iştirakçılarının hərəkətləri dinc nümayişçilərin öz tələblərini ifadə etməsinə mane olur. O, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarına dəstəyini ifadə edərək, onları vətəndaşların nümayiş keçirmək hüququnun təminatçıları adlandırıb.
Fransanın daxili işlər naziri Loran Nünez isə iğtişaşlar zamanı ölkə üzrə azı 400 nəfərin saxlanıldığını bildirib. "Hazırda söhbət 400 saxlanılandan gedir. Lakin bu, yalnız ilkin məlumatdır", – nazir deyib.
Onun sözlərinə görə, saxlanılanların əksəriyyəti yetkinlik yaşına çatmış şəxslərdir. Nünez hüquq-mühafizə orqanlarının iğtişaşlarda iştirak edən, lakin hadisə yerindən qaçmağa müvəffəq olan şəxslərin kimliyini müəyyənləşdirmək və onları tapmaq istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib.
Ən ciddi toqquşmalardan biri Lill şəhərində baş verib. "RTL" radiostansiyasının məlumatına görə, etirazçılardan ibarət qrup meriya binasının şüşə qapılarını sındıraraq içəri daxil olub. Aksiya iştirakçılarından bəziləri binanın daxilində dağıntılar törədib, daha sonra isə hadisə yerindən qaçıblar. Bir neçə dəqiqə sonra əraziyə polisin xüsusi təyinatlı bölmələri gəlib. Lillin mərkəzində də polis və bir neçə yüz nümayişçi arasında şiddətli toqquşmalar yaşanıb.
Yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi etiraz aksiyaları oktyabrın 17-də Fransanın müxtəlif şəhərlərində keçirilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Səhiyyə Nazirliyi Xankəndidə uşaqlar üçün tibbi aksiya keçirdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı
-
"Gəncə" basketbol komandası baş məşqçisi Martin Knejeviçlə yolları ayırıb
-
ABŞ-də süni intellektlərin bloklanması üçün qanun layihəsinin irəli sürülməsinə başlanılıb
-
Füzulidə uşaqlar üçün rəsm üzrə ustad dərsləri və rəsm sərgisi keçirilib
-
Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib
-
17 Oktyabr - Füzuli Şəhəri Günü münasibətilə konsert proqramı keçirilir













