XİN başçısı BMT-də Azərbaycanın azad edilmiş ərazilərindəki mina problemini gündəmə gətirib
Azərbaycanın azad edilmiş ərazilərinin mina və digər partlayıcı qurğularla kütləvi çirklənməsi bərpa və yenidənqurma səylərinin rəvan irəliləməsinə ciddi maneə olaraq qalır.
“Far.Az” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının Ümumi Müzakirəsində “Heç kimi geridə qoymayaq: indiki və gələcək nəsillər üçün sülhün, davamlı inkişafın və insan ləyaqətinin inkişafı naminə birgə hərəkət etmək” mövzusunda çıxış edərkən dünya siyasətçilərinin diqqətinə çatdırıb.
Nazir vurğulayıb ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından bəri 377 nəfər, o cümlədən mülki şəxslər minaların qurbanı olub.
“Bunu nəzərə alaraq, Azərbaycan minatəmizləmə fəaliyyətinə həsr olunmuş 18-ci Dayanıqlı İnkişaf Məqsədini milli hədəf kimi müəyyən edib. Problemin miqyasını nəzərə alaraq, Azərbaycanın minatəmizləmə sahəsində humanitar potensialının gücləndirilməsi üçün beynəlxalq dəstəyə və onun artırılmasına ehtiyac var”, – Ceyhun Bayramov qeyd edib.
Nazir həmçinin Azərbaycan ərazilərində humanitar minatəmizləmə işlərinə töhfə verən bütün ölkələrə və maraqlı tərəflərə minnətdarlığını bildirib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ceyhun Bayramov: COP29-a ev sahibliyi Azərbaycanın iqlim gündəliyinə cavab verməyə hazır olduğunun sübutudur
Ceyhun Bayramov BMT Baş Assambleyasının “Gələcəyin Sammiti”ndə çıxış edib
Xarici işlər naziri: Azərbaycan 2020-ci ildən bəri 140-dan çox ölkəyə yardım edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mask və Altman "Anthropic"in rəhbərinin süni intellekt inkişafını yavaşlatmaq çağırışını dəstəkləyirlər
-
İsmayıllıda ağır yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanın kimliyi məlum olub - YENİLƏNİB
-
Gəncənin bir sıra ərazilərində qaz təchizatı məhdudlaşdırılıb
-
"Real" La Liqanın V turunda "Rayo Valyekano"nu darmadağın edib
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Qazaxıstan və Türkiyə readmissiya sazişi imzalayıblar













