KİV: İsrail Ordusu Livanda quru əməliyyatına hazırlaşa bilər - YENİLƏNİB
İsrail Müdafiə Ordusunun Baş Qərargahının Livandakı əməliyyatı quru hücumunu əhatə edə bilər.
"Far.Az" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hədəs" telekanalı İsrail təhlükəsizlik xidmətlərindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Hizbullah"ın heç bir siyasətçisi və ya hərbi xadimi, hətta onun tərəfdarları üçün heç bir toxunulmazlıq olmayacaq".
O əlavə edib ki, İsrail Müdafiə Ordusunun Livan qruplaşmasına qarşı yeni hücumu "genişmiqyaslı olacaq və quru müdaxiləsini əhatə edə bilər".
İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi Eyal Zamir "Hizbullah"a qarşı hərbi əməliyyatın bir neçə gün davam edəcəyini bəyan edib.
"Far.Az" xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
"Biz "Hizbullah"a qarşı hücum kampaniyasına başladıq. İndi biz yalnız müdafiə olunmuruq, həm də hücuma keçirik. Bir neçə günlük döyüşlərə hazır olmalıyıq. Yüksək müdafiə və hücum hazırlığı tələb olunur", - o bildirib.
"Times of Israel" qeyd edib ki, Livanda "Hizbullah"ın mövqelərinə raket zərbələri endirildikdən sonra İsrail Müdafiə Ordusu bir neçə dalğa hava zərbəsi həyata keçirib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
69 minlik dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana təhvil verildi
-
Ağır cinayətlərdə ittiham olunan daha bir azərbaycanlı Türkiyədən ekstradisiya ediləcək
-
Azərbaycanda əl işlərinin elektron satışından əldə edilən gəlirlərə vergi yoxlaması tətbiq ediləcək
-
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM
-
Azərbaycan I rübdə 5 milyon tondan çox neft ixrac edib
-
Bakıxanovda şadlıq sarayının fəaliyyəti dayandırılıb













