Qanalı futbolçu Dominik Frimponq silahlı hücum nəticəsində vəfat edib
Far.Az xəbər saytı

Qanalı futbolçu Dominik Frimponq silahlı hücum nəticəsində vəfat edib


Qananın "Berekum Çelsi" klubunun 20 yaşlı futbolçusu Dominik Frimponq silahlı hücum nəticəsində həlak olub.

"Far.Az"un Qana Futbol Assosiasiyasına (GFA) istinadən məlumatına görə, hadisə klubun avtobusuna silahlı hücum zamanı baş verib.

"Samarteks"lə səfər oyunundan (0:1) qayıdarkən komandanın avtobusu hücuma məruz qalıb. Bir qrup silahlı şəxs soyğunçuluq məqsədilə yolu bağlayaraq avtobusa atəş açıb. D.Frimponq aldığı güllə yarasından sonra vəfat edib.

Qeyd edək ki, hücumçu cari mövsümdə keçirdiyi 13 matçda 2 qol vurmuşdu.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Azərbaycanda bir qrup hərbçiyə MƏNZİLLƏR VERİLDİ
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
Sumqayıt Sənaye Parkında istehsal olunan ilk elektrik avtobusu "BakuBus"a təqdim olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər