Ziya Babaşov: "Reytinq turnirində çempion olduğuma görə çox qürurluyam"
Azərbaycanın yunan-Roma güləşçisi Ziya Babaşov Albaniyanın paytaxtı Tiranada keçirilən "Muhamet Malo" turnirində çempion olduğu üçün qürurludur.
"Report" xəbər verir ki, bu barədə idmançı Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
Ziya Babaşov yarışda ona dəstək olan hər kəsə minnətdarlığını bildirib:
"Mənə dua edən və dəstək olan hər kəsə minnətdaram. Yarış yüksək səviyyədə və güclü rəqabət şəraitində keçdi. İddialı rəqiblər çox idi. Bu, mənim üçün ən önəmli yarışlardan biri idi. Finala qədər yaxşı görüşlər keçirdim. Finalda komanda yoldaşımla qarşılaşdım. Biz Sakit Quliyevlə dost və komanda yoldaşı olsaq da, xalça üzərində hər birimiz qələbə uğrunda əlimizdən gələni edirik. Ümid edirəm ki, finala layiq bir görüş nümayiş etdirə bildik.
Bu qələbənin arxasında çox insan – məşqçilər korpusu və komandamız dayanır. Bu uğur onların da əməyinin nəticəsidir. Reytinq turnirində ilk medalımdır. Buna görə çox qürurluyam. İnanıram ki, uğurlarımız davamlı olacaq".
Qeyd edək ki, 63 kq çəki dərəcəsində mübarizə aparan Ziya Babaşov finalda digər Azərbaycan təmsilçisi Sakit Quliyevlə üz-üzə gəlib. Qarşılaşmada 1:1 hesablı bərabərlik qeydə alınsa da, ilk xal prinsipinə əsasən Ziya Babaşov qalib gələrək turnirin qızıl, Sakit Quliyev isə gümüş medalına sahib çıxıb.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"













