Fevralda maksimal temperatur 27 dərəcə olub
2026-cı ilin fevral ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 24 gün normadan yuxarı (0–15 dərəcə), 3 gün normadan aşağı (0-4 dərəcə), 1 gün isə norma daxilində olub.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
O qeyd edib ki, orta aylıq temperatur 8 dərəcə isti olub ki, bu da iqlim normasından 4 dərəcə yuxarıdır: "Bakı və Abşeron yarımadasında fevral ayında maksimal temperatur fevralın 14-də 26 dərəcə isti, bölgələrdə isə (Beyləqan, Kürdəmir) fevralın 18-də 27 dərəcə isti qeydə alınıb. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında fevralın 5-də 1 dərəcə şaxta (Bakı), yüksək dağlıq ərazilərdə isə həmin gün 14 dərəcəyədək şaxta (Şahdağ) qeydə alınıb".
Rəis vurğulayıb ki, fevral ayının bəzi günlərində hava şəraiti fasilələrlə yağıntılı olub, ayrı-ayrı yerlərdə sulu qar, qar yağıb: "Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Ümumilikdə bölgələr üzrə 24 gün yağıntılı hava şəraiti qeydə alınıb. Ən çox yağıntı aylıq normanın 125 faizi olmaqla Lənkəran–Astara zonasına (Astara – 119 mm) və aylıq normanın 303 faizi olmaqla Qarabağ zonasına (Tərtər - 62 mm) düşüb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü Şahbuzda 54 sm olub".
N.Mahmudov bildirib ki, fevral ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı 12 sarı və narıncı xəbərdarlıq verilib. Bakı və Abşeron yarımadasında 17 gün, bölgələrdə isə 23 gün küləkli hava şəraiti müşahidə olunub.
Oxşar xəbərlər
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq - AYLIQ PROQNOZ
Fevralda havanın temperaturu iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ
Martda temperatur iqlim normasından yüksək olacaq - AYLIQ PROQNOZ
Mart ayında hava iqlim normasından yüksək olacaq
Martda havanın temperaturu iqlim normasından bir qədər yüksək olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Nikzad: Hücum zamanı ABŞ-yə kömək edənlər raket hədəfinə çevriləcək
-
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
-
"Kalyari" Daniel Maldinini icarəyə götürüb
-
"Turan Tovuz" Rahil Məmmədovu transfer edib
-
Beyləqanda kanalda batan 21 yaşlı gəncin meyiti tapıldı
-
Günel Zeynalova: "Gözəl səsin, mahnıların həmişə bizimlə yaşayacaq"













